Erməni hökuməti qondarma “DQR” tanınmasına dair qanun layihəsinə rəy verdi

Erməni hökuməti qondarma “DQR” tanınmasına dair qanun layihəsinə rəy verdi

Sənədin müəllifi deputatlar Zarui Postancyan və Qrant Baqratyandır.

Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasda “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qanun layihəsinə rəy verib.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş rəydə, qanun layihəsinin Ermənistan və Qarabağ nümayəndələri arasında müzakirələrin nəticəsi olduğu və mümkün gələcək proseslər, o cümlədən də xarici amillər ilə şərtləndiyi qeyd edilir.

Müəllifi deputatlar Zarui Postancyan və Qrant Baqratyan olan qanun layihəsinə görə, Ermənistan respublikası qondarma “Artsax respublikası”nı tanıyır. 

Hökumətin qərarından sonra Zarui Postancyan jurnalistlərə deyib ki, bununla da Nazirlər Kabineti “DQR”nın tanınması prosesini təsdiqlədi. 

Qeyd edək ki, daha öncə Azərbaycan XİN bəyan etmişdi ki, Azərbaycanın işğal edilmiş topraqlarında yaradılmış rejimin Ermənistan tərəfindən tanınması, Ermənistan tərəfindən Minsk prosesinin dayandılrılması deməkdir, bu halda isə Minsk qrupunun danışıqlar aparmağa mandatı olmayacaq. 

0
15