Ədalət Şükürov qızından və oğllundan DANIŞDI

Ədalət Şükürov qızından və oğllundan DANIŞDI

Əməkdar artist Ədalət Şükürov övladlarından danışıb. Lent.az-ın məlumatına görə, “Sizinləyəm” verilişinə qonaq olan ifaçı bildirib ki, övladları müxtəlif dillərdə danışa bilir: “Xaricdə belə bir deyim var ki, sən nə qədər dil bilirsənsə, o qədər dostun var. Mənim qızım üç dildə sərbəst danışa bilir. İngilis , İspan, İtalyan dillərində danışır. İşlə bağlı bu dilləri öyrənməyə məcbur idi. Oğlum da xarici dillərdə sərbəst danışır. Yəni biz valideynlərdən çox şey asılıdır. Xarici dili bilmək, bizim üçün vacibdir. Və başqa dildə danışmaq çox gözəl şeydir”.

Qeyd edək ki, Ə.Şükürovun qızı Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Ə.Şükürovun oğlu isə tələbədir.

0
11