Alimlər laboratoriyada iki həftəlik insan embrionu yetişdirdilər

Alimlər laboratoriyada iki həftəlik insan embrionu yetişdirdilər

“Bu biliklərin bir çox xəstəliklərin müalicəsində yardımı olacaq”.

Amerika və Britaniya alimləri ilk dəfə laboratoriyada insan embrionu yetişdirməyə müvəffəq olublar. 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc edilmiş məqalədə deyilir.

İlk dəfə alimlər insan embrionunun ana bətnində olmadan bir neçə gündən çox inkişaf edə bildiyini sübut ediblər. Əvvəllər bunun mümkün olmadığını bildirirdilər. 

Təcrübələr Nyu-Yorkun Rokfeller Universitetinin alimləri tərəfindən keçirilib: 12 gün ərzində embrion laboratoriyada olmasına baxmayaraq, tamamən normal şəkildə inkişaf edib. 

Bu, böyük elmi irəliləyişdir, bu biliklərin sonsuzluq və hamiləliyin pozulması kimi bir çox xəstəliklərin müalicəsində yardımı olacaq.

Bu həmçinin alimlərə insan orqanizmi və hüceyrələrinin necə inkişaf etdiyini öyrənməyə imkan verəcək. 

Alimlər sınağı qanunvericilik məhdudiyyətlərinə görə dayandırmalı olublar. ABŞ və Britaniyada, eləcə də bir çox ölkələrdə “14 gün qaydası” qüvvədədir: insan embrionunu laboratoriyada 14 gündən çox kultivasiya etdirmək olmaz. 

Əvvəllər bu qaydadan heç kim şikayət etmirdi, belə ki, alimlər embrionu uzun müddət sağ saxlaya bilmirdilər. İndi isə alimlər qaydada göstərilən müddəti keçməmək üçün embrionu məhv etməli olublar. 

0
17