”Layihə sərhədlərin təhlükəsizliyinin təminatıdır" - BMTİP rəsmisi

”Layihə sərhədlərin təhlükəsizliyinin təminatıdır" - BMTİP rəsmisi

Bu gün Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə layihəsinə start verilib. “APA-Economics” xəbər verir ki, ümumi büdcəsi təqribən 3 mln. dollar təşkil edən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən bu layihə əsasən Qırmızı Körpü sərhəd keçid məntəqəsində həyata keçiriləcək.

Açılış mərasiminə Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin, eləcə də Avropa Birliyi nümayəndəliyi, diplomatik korpus və BMTİP-nin hər iki ölkə ofisinin nümayəndələri qatılıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev layihənin Azərbaycanın iqtisadi səmərəliliyi, rəqabət və bilik əsaslı inkişafı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb. BMTİP-nin rezident nümayəndəsi Qulam İsakzai bu əməkdaşlıqdan məmnunluğunu bildirərək layihənin BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğunu yüksək qiymətləndirib.

“Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək” layihəsinin ümumi məqsədi hədəf ölkələr və Aİ üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vasitəsilə sərhədlərin təhlükəsizliyinin təminatıdır. Eyni zamanda, layihədə Azərbaycan və Gürcüstan arasında malların keçidinin sürətləndirilməsi əsas prioritetlərdən olacaq. Layihənin əsas diqqət mərkəzində hər iki ölkə üçün əhəmiyyətli olan sanitar və fitosanitar tədbirlər yer tutacaq.

0
29