Tramp: Putinə deyəcəyəm ki, bir daha belə etmə

Tramp: Putinə deyəcəyəm ki, bir daha belə etmə

“Moskva Vaşinqtona başqa cür münasibət bəsləyərdi”.

ABŞ prezidentliyinə namizəd Donald Tramp CNN efirində Baltik dənizi üzərində Rusiya hərbi təyyarələri ilə bağlı hadisələri şərh edib. 

Oxu.Az xəbər verir ki, ABŞ-ın prezidenti seçildiyi halda, bu qəbildən olan hadisələrə necə reaksiya verəcəyinə dair suala cavab verən Tramp bildirib:

“Mən Putinə zəng edib: “Bir daha belə etmə” deyərdim”.   

Onun sözlərinə görə, Putin ilə “hələlik yaxşı münasibət və heç də pis olmayan başlanğıc” mövcuddur, belə ki, rusiyalı prezident “onu dahi adlandırıb”.

 “Düşünürəm ki, onunla münasibətlərim yaxşıdır, onunla ünsiyyət qura bilərəm. Bunu tez anlayıram”, - TASS milyarderin sözlərindən sitat gətirib. 

Respublika partiyasından qalan yeganə namizədin sözlərinə görə, qırıcıların uçuşu Moskvanın Amerika hakimiyyətinə hörmətsizliyindən doğur. 

“Bu bizim hərbçilərə, ölkəmizə, prezidentimizə qarşı hörmətsizliyin ən yüksək səviyyəsidir”, - Tramp vurğulayıb və əlavə edib ki, o seçilərsə, Moskva Vaşinqtona başqa cür münasibət bəsləyərdi.

0
22