Bizim olmadığımız reytinq

Bizim olmadığımız reytinq

Birinci yeri Harvard Universiteti tutub.

Britaniyanın “Times Higher Education” jurnalı 2016-cı ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini “THE World Reputation Ranking” dərc edib. 

Oxu.Az xəbər verir ki, siyahıya dünyanın müxtəlif ölkələrindən olan 100 ali məktəbin adı daxil edilib. 

Birinci yeri keçən il olduğu kimi Harvard Universiteti (ABŞ) tutub, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yerdə isə Stenford Universiteti (ABŞ) qərarlaşıb.

Dördüncü və beşinci yerləri Britaniyanın Kembric və Oksford universitetləri tutub.

Azərbaycanın Ali məktəbləri bu siyahıda yer almayıb. 

0
15