Azərbaycanlı müğənninin oğlu qəzada öldü

Azərbaycanlı müğənninin oğlu qəzada öldü

27 yaşlı Orxan içkili olub.

Gürcüstanda azərbaycanlı gəncin idarə etdiyi avtomobil aşıb.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Tetriskaro (Ağbulaq) rayonu ərazisində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "Volkswagen Passat" markalı avtomobilin sürücüsü, Marneuli rayonunun Daştəpə kənd sakini, 27 yaşlı Orxan Vəkil oğlu Əliyev içkili olub.

Qəza nəticəsində sürücü və sərnişin, Tetriskaro rayonunun Dunik kənd sakini, 23 yaşlı Larisa Talıbova hadisə yerində ölüb.

Qeyd edək ki, O.Əliyev Borçalıda tanınan müğənni Vəkil Borçalının oğludur.

0
26