Türkiyədə amerikalı qızı zorladılar

Türkiyədə amerikalı qızı zorladılar

Polis videomüşahidə kameralarının qeydlərini öyrənib.

Türkiyədə 22 yaşlı amerikalı tələbə qız zorlanıb. 

Oxu.Az “Sabah”a istinadən xəbər verir ki, cinayət İstanbulun Şişli rayonunda baş verib. 

Naməlum şəxs avtomobilə oturan qızı insanların olmadığı yerə apararaq zorlayıb. 

22 yaşlı ABŞ vətəndaşı polisə müraciət edərək, axşam dostu ilə klubdan çıxdığını bildirib. Tanımadığı maşını saxlayıb, amma sürücü onu insanların olmadığı yerə apararaq zorlayıb, bununla yanaşı, sürücü qızın telefonunu da əlindən alıb. 

Polis videomüşahidə kameralarının qeydlərini öyrənib və şübhəli şəxsi müəyyənləşdirib. Kişi iddia edib ki, hər şey qızın razılığı ilə olub, telefonunu isə o, maşında unudub.  

0
25