Donald Tramp seçkilərə 1 milyard dollar xərcləyəcək

Donald Tramp seçkilərə 1 milyard dollar xərcləyəcək

Respublikaçı partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası üçün 1 milyard dollar ianə toplamaq niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə D.Tramp NBC telekanalına müsahibəsində bildirib.

“Biz 1 milyard dollar və daha çox vəsait toplamağa çalışacağıq. Məndə olan məlumatlara görə, demokratlar öz namizədləri üçün azı 2 milyard dollar toplaya bilər”, deyə D.Tramp qeyd edib.

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.   

 Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

0
13