İŞİD böyük qaz yatağını yenidən ələ keçirdi

İŞİD böyük qaz yatağını yenidən ələ keçirdi

İŞİD terror təşkilatının silahlıları Homsdan 120 km aralıda yerləşən Əş-Şaer qaz yatağını yenidən ələ keçiriblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri aviasiyanın dəstəyi ilə terrorçuları ərazidən sıxışdırıb çıxarmağa çalışır.

Əş-Şaer qaz yatağı  Suriya iqtisadiyyatı üçün strateji əhəmiyyətə malikdir. “Əl-Mayadin” telekanalının məlumatına görə, qaz yatağı ətrafında şiddətli döyüşlər davam edir.

Qeyd edək ki, Əş-Şaer qaz yatağı ilk dəfə 2014-cü ildə İŞİD-in nəzarəti altına keçib. Suriya ordusu qaz yatağı üzərində nəzarəti bərpa etsə də, terrorçular bu əraziləri geri qaytara biliblər.

0
10