Türkiyə kubokunda ilk finalçı bəlli oldu

Türkiyə kubokunda ilk finalçı bəlli oldu

Türkiyə kubokunda ilk finalçı bəlli olub. Apasport.az saytının məlumatına görə, öz meydanında "Rizəspor"la qolsuz bərabərə qalan "Qalatasaray" finala vəsiqə qazanıb.

Bu komandalar arasında Rizədə keçirilmiş ilk oyunda "aslanlar" 3:1 hesabıyla qalib gəlmişdi.

"Cim-bom"un finaldakı rəqibinin adına bu gün baş tutacaq "Fənərbaxça" - "Konyaspor" oyununda aydınlıq gələcək. Konyada keçirilmiş ilk oyunda 3:0 hesabıyla qalib gələn "bülbüllər"in finala adlamaq şansları bir xeyli yüksəkdi.

Türkiyə kuboku

Yarımfinal, cavab oyunu

4 may

“Qalatasaray” – “Rizəspor” - 0:0 (ilk oyun 3:1)

0
13