Kanadada meşə yanğınları: 1600 ev yanaraq külə döndü

Kanadada meşə yanğınları: 1600 ev yanaraq külə döndü

Kanadanın Fort-Makmürrey (Alberta əyaləti) şəhərində meşə yanğınları nəticəsində 1600-dək yaşayış evi yanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın 10 min hektarlıq ərazini əhatə edib. Əyalətdə fövqəladə vəziyyət elan olunub.

Güclü külək və isti hava şəraiti yanğının əhatə dairəsinin genişlənməsinə səbəb olub. Fort-Makmürrey şəhərindən 88 min nəfər təxliyə edilib. Yanğınlar nəticəsində ölən və xəsarət alan yoxdur.

0
14