Milanda “Madrid” finalı

Milanda “Madrid” finalı

Matçda yeganə qolu Qaret Beyl vurub.

Madridin “Real” klubu iki oyunun nəticəsinə görə “Mançester Siti”ni üstələyərək Çempionlar Liqasının finalına yüksəlib.

Oxu.Az xəbər verir ki, Zinədin Zidanın yetirmələri “Santyaqo Bernabeu”da keçirilən cavab qarşılaşmasında İngiltərə klubuna minimal hesabla qalib gəlib - 1:0.

Yeganə qolu matçın 20-ci dəqiqəsində Qaret Beyl vurub. Xatırladaq ki, aprelin 26-da Mançesterdə keçirilən ilk oyun 0:0 hesablı bərabərliklə yekunlaşmışdır.

“Real” və “Atletiko” arasında final görüşü mayın 28-də Milanda keçiriləcək.

0
28