Emin Ağalarov Donald Trampı təbrik etdi

Emin Ağalarov Donald Trampı təbrik etdi

Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov ABŞ prezidentliyinə namizəd Donald Trampı son qələbəsi münasibəti ilə təbrik edib.

Lent.az-ın “virtualaz.org”-a istinadən məlumatına görə, İnstagram səhifəsində birgə fotolarını paylaşan Ağalarov Trampı “məğlubedilməz” adlandırır və deyir ki, bu adam heç vaxt uduzmur.

“O deyib ki, əgər mən qaçarsam, böyük ehtimalla qələbə çalaram və bu adam heç vaxt uduzmur. Biz bunu bilirdik və buna indi əminik. Donald Trampı Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi qələbəsini təmin etməsi inanılmaz xəbərdir”.

Trampla Ağalarovların əməkdaşlığı və dostluğu Moskvada ilk dəfə təşkil edilən “Miss Kainat” müsabiqəsindən başlayıb. İndiki prezidentliyə namizəd Eminin kliplərindən birində də yer alıb.

0
28