Rayon qeydiyyatında olanlara kredit verilmir - VİDEO

Rayon qeydiyyatında olanlara kredit verilmir - VİDEO

Mağazalar riskə getmək istəmirlər.

Rayon qeydiyyatında olan şəxslərə kreditlə mebel satışı dayandırılıb.

Heç Bakı qeydiyyatı olmayanlara kreditlə electron əşyalar da satılmır.

Əvvəllər qeydiyyatından asılı olmayaraq iş yerindən arayış və tək şəxsiyyət vəsiqəsi ilə kreditlə mobil telefon və məişət əşyalarını asanlıqla almaq mümkün idi. Şərtlərin dəyişməsi rayon qeydiyyatında olan, amma Bakıda yaşayanların narazılığına səbəb olub.

Bir çox mağaza kreditlə satışı dayandırıb. Yalnız böyük mağazalar kreditlə satış həyata keçirir ki, onlar da rayon qeydiyyatı olanlara bunu qadağan ediblər. Mağazalar problemli kreditlərin artdığı bir vaxtda riskə getmək istəmədiklərini deyirlər.

Mütəxəssislərin sözlərinə görə, daxili kreditlə bağlı qanunvericilikdə bununla bağlı hər hansı bir tələb olnmasa da məsələyə vətəndaşlar arasında ayrı-seçkilik salma  müstəvisində yanaşmaq olar.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

0
26