Tramp Respublikaçılar partiyasından prezidentliyə tək namizəd qaldı

Tramp Respublikaçılar partiyasından prezidentliyə tək namizəd qaldı

Ohayo qubernatoru da mübarizəni dayandırdı.

Ohayo qubernatoru Con Keysik ABŞ prezidentliyi uğrunda mübarizəni dayandırdığını bildirib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.

Bununla da, milyarder Donald Tramp Respublikaçılar partiyasından prezidentliyə tək namizəd qalır.

Xatırladaq ki, bundan öncə prezident seçkiləri yarışında digər respublikaçı namizəd, Texasdan ştatından olan senator Ted Kruz İndiana ştatında praymeridə Trampa uduzduqdan sonra yarışdan çəkildiyini elan etmişdi.

0
23