ABŞ və Rusiya Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdılar

ABŞ və Rusiya Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdılar

Amerika diplomatiyasının başçısı Moskvaya zəng vurub.

Aprelin 4-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.   

Oxu.Az Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın gərginləşməsindən ciddi narahatlıq ifadə edərək, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırışlarına sadiq olduqlarını vurğulayıblar.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstək üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın səylərini fəallaşdırmaq barədə razılıq əldə ediblər.

Lavrov və Kerri ayrı-ayrı “xarici oyunçuların” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini pisləyiblər.

0
18