Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi

Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi

Yarımfinal oyunlarının cavab qarşılaşmaları keçirilib.

Azərbaycan Kubokunun finalçıları məlum olub.

Oxu.Az xəbər verir ki, “Neftçi” cavab qarşılaşmasında “Qəbələ”ni penaltilər seriyasında üstələyib. Qeyd edək ki, bu komandalar arasında keçirilən hər iki oyun 1:1 hesabı yekunlaşıb.

İlk oyunda “İnteri” darmadağın edən (4:0) “Qarabağ” isə cavab oyununda da qələbəyə sevinib - 1:0. 

Yeganə qolu matçın 24-cü dəqiqəsində Migel Madera vurub.

Beləliklə, 2015/2016-cı il mövsümündə Azərbaycanın Kubokunun finalında “Qarabağ” və “Neftçi” qarşılaşacaqlar.

Azərbaycan Kuboku uğrunda həlledici oyun 25 mayda reallaşacaq.

0
10