Əməkdar artist əməliyyat olundu

Əməkdar artist əməliyyat olundu

“Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır”.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynov Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Milli Onkologiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, aktyor hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır. O, sabah palataya köçürüləcək. 

Qeyd edək ki, T. Hüseynov 1949-cu ildə doğulub. 1971-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin “Dram və kino aktyoru” fakültəsini bitirib.

O, bir çox tamaşalarda - Ü.Hacıbəyovun “O olmasın, bu olsun”unda Rza bəy, F.Aşurovun “Bu meydan, bu şeytan”ında Əzrayıl, Anarın “Adamın adamı”nda Mərd Mazarov, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə Hacı Namazalı obrazlarını yaradıb.

Kino aləmində “O dünyadan salam”da Əli bəy, “Marş”da Komandir, “Dəvətnamə”də Briqadir və başqa obrazları oynayıb.

T.Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. 

0
23