ABŞ seçkiləri: Con Keysik də mübarizədən çəkilir

ABŞ seçkiləri: Con Keysik də mübarizədən çəkilir

Respublikaçılar Partiyasının təmsilçisi Con Keysik ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Respublikaçılar Partiyasının daha bir namizədi, senator Ted Kruz mübarizəni dayandırıb.

Beləliklə, seçkiqabağı kampaniyanın lideri Donald Tramp prezidentlik uğrunda mübarizədə partiyanın yeganə təmsilçisi olacaq.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

0
17