Azərbaycanda kriminal avtoritet saxlanıldı - FOTO

Azərbaycanda kriminal avtoritet saxlanıldı - FOTO

Polis əməliyyat keçirib.

Salyanda “Tağı Salyanski” ləqəbli avtoritet saxlanılıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyanın Arbatan kəndində doğulan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində qeydiyyatda olan, 47 yaşlı Tağı Əli oğlu Qasımov şübhəli şəxs qismində saxlanıb.

Axtarış zamanı onun üzərindən qanunsuz olaraq naməlum mənbədən əldə edib, üstündə gəzdirdiyi 1 ədəd KB-2338P nömrəli, 9 mm kalibirli, Rusiya Federasiyasının İjevsk silah zavodunda istehsal olunan “Makarov” konstruksiyalı tapança və onun 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülüb.

Qeyd edək ki, əvvəllər də məhkum olunmuş Tağı Qasımov cinayətkar aləmdə “Tağı Salyanski” ləqəbi ilə tanınır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi açılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma aparılır.

0
26