Başına 4 milyon pul qoyulan PKK-nın əsas adamı məhv edildi

Başına 4 milyon pul qoyulan PKK-nın əsas adamı məhv edildi

Türkiyədə son günlər aparılan  hərbi əməliyyatlar zamanı PKK-nın əsas adamlarından biri, xeyli əsgərin şəhid olmasına səbəb olan dəstə başçısı öldürülüb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Diyarbakırın Lice qəsəbəsinin yaxınlığında aparılan döyüşlərdə PKK-ın liderlərindən olan Əkrəm Güney məhv edilib. Əkrəm Güney adlı terrorçunun başına  bir müddət əvvəl 4 milyon türk lirəsi mükafat qoyulmuşdu. Onun məskunlaşdığı yeri də yerli əhali xəbər verib.

Xatırladaq ki, həmin əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələri 3 hərbçisini şəhid verib

0
24