Rusiya XİN-dən Qarabağla bağlı - AÇIQLAMA

Rusiya XİN-dən Qarabağla bağlı - AÇIQLAMA

“Hazırda ən əsas məsələ yeni itkilərdə yol verməməkdir”.

Rəsmi Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir.

Oxu.Az xəbər verir ki, bu sözləri RİA Novosti-yə müsahibəsində Sergey Lavrov deyib. 

“Hazırda ən əsas məsələ yeni itkilərdən qaçmaq və  atəşkəs pozuntusunun qarşısını almaqdır. Bunun üçün işlək mexanizmlər və tədbirlər hazırlamaq lazımdır”, - Lavrov bildirib.
 
Onun sözlərinə görə, 5 il əvvəl o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri bu məsələni altına imza atıblar:

“Onlar insidentlərin araşdırılması və etimadın möhkəmləndirilməsi mexanizminin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq həvalə edildi və ATƏT nümayəndələri müxtəlif variantlı təkliflər ortaya atdılar. Lakin təəssüf ki, 2012-ci ildə məsələ irəliyə getmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə qayıtsınlar. ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik”.

0
7