Rusiyalı deputat: Gec-tez Qarabağ Azərbaycanın olacaq

Rusiyalı deputat: Gec-tez Qarabağ Azərbaycanın olacaq

“Azərbaycanın güclü orduya sahibdir”.

20 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsi alovlanmaqda davam edir. Bildiyim odur ki, azərbaycanlılar heç bir vaxt Qarabağı ermənilərə verməyəcəklər. Gec-tez Qarabağ de-fakto Azərbaycanın olacaq, hazırda de-yure Azərbaycanın ərazisidir.

Oxu.Az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
 
“Tezliklə görəcəyik ki, son günlərdə cəbhədə həlak olan gənclər Azərbaycan torpaqlarının geri alınması uğrunda canlarını veriblər. Mən çox ümid edirəm ki, bu gündən münaqişənin həllinə dair bütün hüquqi proseslər, ATƏT-in Minsk qrupu çərçivəsində gedən proseslər sürətlənəcək. Gözləmək artıq mümkün deyil. İnsanlar həlak olur. Tanrıya yalvarmalıyıq ki, münaqişə tezliklə bitsin, Azərbaycan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu ermənilərdən geri ala bilsin”, - deyə o qeyd edib.
 
Rusiyalı deputat Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etməsi xəbərini də şərh edib: 

“Bu Azərbaycanın gücünü, döyüşkən ruhunu nümayiş etdirir. Azərbaycan ordusu hazırda ölkənin müstəqilliyinin ilk günlərində olduğu kimi deyil. Azərbaycanın güclü orduya sahibdir. Azərbaycan işğal altındakı torpaqlarını geri qaytarmaq istəyir. Ona görə də torpaqların azad edilməsi prosesi maksimum aktivləşdirilməlidir. Heç kəs daha 10 il gözləmək istəmir, onsuz da 25 il gözləyiblər”.

0
16