Şirvanda ağır qəza: Yaralılar var – FOTO

Şirvanda ağır qəza: Yaralılar var – FOTO

Şirvan polisi araşdırmaya başlayıb.

Şirvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan-Salyan magistralının Şirvan şəhəri ərazisndən keçən hissəsində qeydə alınıb. 

Salyan sakini, 1989-cu il təvəllüdlü Qurbanov Natiq İlqar oğlunun idarə etdiyi “Opel” markalı avtomobillə Şirvan sakini, 1960-cı il təvəllüdlü Cəbiyev Balakişi Murad oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil toqquşub. 

Nəticədə “Opel” markalı avtomobilin sürcüsü və onun sərnişinləri - 1967-ci il təvllüdlü İlqar Əlizamanov, Salyan rayon sakini, 1965-ci il tvəllüdlü Abdullayrv Mahmud Ənvər oğlu xəsarət alıblar. 

Onların üçü də xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

0
25