İlham Əliyev yeni avtomobil dayanacağı ilə tanış olub – FOTO

İlham Əliyev yeni avtomobil dayanacağı ilə tanış olub – FOTO

Prezident rəmzi açılışını bildirən lenti kəsib.

Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib.

Avtodayanacaqla tanış olan dövlətimizin başçısı İlham Əliyevə məlumat verilib ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirilib ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

0
31