“Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır” - Nazir

“Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır” - Nazir

“Hazırda Şərq Tərəfdaşlığının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir. Biz Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndiririk, bu xüsusda Şərq Tərəfdaşlığının çoxtərəfli formatda çatdırmaq bacarığı proqramın bütöv səmərəliliyini müəyyən etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük trans-regional layihələr Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vıseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ-yə üzv dövlətlər və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir. “Bu yaxınlarda Bakıda keçirilmiş və Federika Moqerini ilə Maroş Şefçovicin iştirak etdiyi Məşvərət Şurasının II nazirlər görüşü bu layihənin maneəsiz həyata keçirilməsinə dair birlik və həmrəylik mesajını çatdırıb. 17 may tarixində Yunanıstanın Saloniki şəhərində təşkil olunacaq TAP-ın təməlqoyma mərasimi bu xüsusda başqa bir mərhələnin əsasını qoyacaq. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq”.

0
11