Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizaların ləğvini tövsiyə etdi

Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizaların ləğvini tövsiyə etdi

Avropa İttifaqıKomissiyası Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə tövsiyə qərarı ilə çıxış edib.

Avropa Komissiyası Türkiyə vətəndaşlarının Şengen zonasına girişi zamanı viza sərbəstliyinin tətbiq olunması üçün Ankara tərəfindən həyata keçirilməsi zəruri olan meyarlarla bağlı araşdırma aparıb. Nəticədə 72 meyarın hamısı olmasa belə, 67-nin həyata keçirildiyi nəzərə alınaraq müsbət qərar qəbul olunub. Lakin Türkiyə qalan şərtləri də tezliklə yerinə yetirməlidir.

Aİ-nin rəqabət məsələləri üzrə komissarı Marqret Vestager “Twitter”də qərarın mətnini paylaşıb. Qərarda “Aİ Komissiyası bu gün Türkiyə vətəndaşları üçün vizaların ləğvini təklif etdi” yazısı görünür.

Qərar hələlik avtomatik olaraq Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi mənasına gəmir. Bu, “texniki yaşı işıq” kimi qiymətləndirilir. Tövsiyənin həyata keçirilməsi üçün siyasi qərar tələb olunur və Avropa Parlamenti ilə Aİ Şurası bu barədə yekun qərar verməlidir.  

Məsələ əvvəlcə gələn həftə Avropa Parlamentinin Vətəndaş azadlıqları və daxili işlər komissiyasında müzakirə olunacaq. Sonra AP-nin ümumi toplantısında müzakirə keçiriləcək. Qərarın qəbulu üçün adi səs çoxluğu yetərli olacaq. Müsbət qərar qəbul olunarsa, məsələyə Aİ İttifaqı Şurasında baxılacaq. Burada müsbət qərar üçün səsvermədə iştirak edən üzv dövlətlərin 55%-nin lehinə səs verməsi və həmin ölkələrin əhalisinin səsvermədə iştirak edən ölkələrin ümumi əhalisinin azı 65%-ni əhatə etməsi şərti tələb olunur.  

Aİ Şurası da müsbət qərar verərsə, vizasız rejim bu il iyulun 1-dən tətbiq olunmağa başlayacaq. Beləliklə, Türkiyə vətəndaşlarından Şengen zonasına 3 aydan qısa səfərlər üçün viza tələb olunmayacaq. Lakin anlaşma Türkiyə vətəndaşlarına Aİ ölkələrində çalışma və məskunlaşma hüququ vermir.

0
10