Azərbaycanlı müğənni keçmiş sevgilisi tərəfindən şantaj edilir

Azərbaycanlı müğənni keçmiş sevgilisi tərəfindən şantaj edilir

Azərbaycanlı müğənni Afaq Aslan çətin günlərini yaşayır. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, artıq xeyli müddətdir ki, keçmiş sevgilisi tərəfindən ölümlə hədələnir və şantaj edilir: “Uzun müddətdir şəxsi həyatımda yaranan problemlərə görə yaradıcılıqdan uzaq düşmüşəm. Bu günə qədər susdum, dedim bəlkə düzələr. Amma demək istəyirəm ki, keçmiş sevgilim tərəfindən təzyiqlərə məruz qalıram. Şantaj olunuram, ölümlə hədələnirəm. Artıq demək olar ki, mənim həyatım təhlükədədir. Bu adam mənim “İnstagram” səhifəmin parolunu sındırıb və orada mənim adımdan aidiyyatsız paylaşımlar edib. Bu sözləri deməkdə məqsədim  odur ki, sabah mənim başıma bir şey gəlsə, bilsinlər ki, bunu keçmiş sevgilim edib. Bu insan mənlə barışmaq, ailə qurmaq üçün bir çox variantlara əl atır. Amma məni anlamayan insanla ailə qura bilmərəm”.

A.Aslan onu da əlavə edib ki, başına gələn son hadisələrə baxmayaraq yeni mahnı ifa edib: “Həyatda yeganə stimul alacağım iş sənətimdir. Həyatımı hansısa insanın yalanı üstündə qurmaq istəmirəm. Öz biznesimi qurmuşam. Kiminsə də maddi dəstəyinə ehtiyacım yoxdur. Elə buna görə də sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Fərahim Sadiqə məxsus “Ehtiyacım yox” adlı mahnı ifa etdim. Düşünürəm ki, uzun fasilədən sonra ifa etdiyim bu yeni mahnı dinləyicilər tərəfindən seviləcək”.

0
7