Erməni saytı fırıldaqçılıqla məşğul olur

Erməni saytı fırıldaqçılıqla məşğul olur

Agentliyin direktoru saxlanılıb.

Ermənistanda “Analitik.am” saytının direktoru Ani Ovanisyan və onun yardımçısı fırıldaqçılıq yolu ilə pul almaqda şübəli bilinərək saxlanılıblar. 

Oxu.Az Novosti Armeniya-ya istinadən xəbər verir.

Mayın 2-də “Alyans” partiyasının sədri, Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan polisə ərizə ilə müraciət edib ki, “Analitik.am” saytının direktoru mütəmadi olaraq onun özü və ailəsi, eləcə də onun deputatlıq fəaliyyəti haqqında yalan məlumatların olduğu məqalələr dərc edir.

Bu materiallarla əlaqədar deputat bir neçə dəfə saytın rəhbəri ilə görüşüb. Direktor aylıq olaraq ona 300 dram ödənilməsini tələb edib, əks halda isə belə dərclərin davam edəcəyi ilə hədələyib.

Daha sonra saytın direktorunun deputatın nümayəndəsi ilə söhbəti olub, bu danışıqlarda tələb olunan pulların hər ayın 5-nə qədər razılaşdırılmış yerdə saytın direktoru və ya onun yardımçısına veriləcəyinə dair razılıq əldə edilib.

Mayın 3-də Yerevanda yerləşən Nalbandyan kafesindən pulların verilməsindən sonra saytın direktorunun yardımçısı, deputat və mətbuat klubunun rəhbəri, daha sonra isə saytın direktoru saxlanılıb.  

0
14