Pakistan və banqladeşlilərin Azərbaycana axınının qarşısı alındı

Pakistan və banqladeşlilərin Azərbaycana axınının qarşısı alındı

“Əsas təşkilatçılar da artıq müəyyən olunub”.

Son zamanlar qanunsuz miqrasiyaya qarşı çox ciddi tədbirlər görülür. Son iki ay ərzində 3 mütəşəkkil dəstə aşkar etmişik.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev “Caspian European Club”un təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.

“Həmin şəxslər Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycana viza ilə dəvət edir və buradan İrana, Avropa və digər ölkələrə göndərmək istəyirdilər. Bununla bağlı olaraq, təxminən 75 nəfərə qədər şəxs aşkar etmişik. Əsas təşkilatçılar da artıq müəyyən olunub”, - deyə F.Nəbiyev qeyd edib.

Onun sözlərinə görə, ölkəyə qanunsuz miqrasiyanın sayı kəskin azalıb:

“Son illər Azərbaycanda qanunsuz miqrasiyanın qarşısı kəskin şəkildə sayı azalıb. Belə ki, 2012-ci ildə 633 şirkətdə qanun pozuntusu ilə bağlı məlumat daxil olmuşdusa, 2015-ci ildə bu rəqəm 153-ə enmişdi”.

0
10