Bakıda polisin iştirakı ilə qəza baş verdi

Bakıda polisin iştirakı ilə qəza baş verdi

Avtomobillərə ciddi ziyan dəyib.

Xəzər rayonunda polis əməkdaşının da iştirakı ilə zəncirvari qəza baş verib.

Oxu.Az Musavat-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Bakı sakini, 1975-ci il təvəllüdlü Alim Zeynalov, Qaz- 330202 markalı 90 AG 325 dövlət nömrə nişanlı avtomobillə qəza törədib.

İdarəetməni itirən A.Zeynalov yol kənarında dayanan və orada xidmətdə olan Dövlət Yol Polis İdarəsinin polis serjantı 1987-ci il təvəllüdlü Abbas Abbasov idarə etdiyi BMW markalı, 99 YP 521 dövlət nömrə nişanlı avtomobilə dəyib. 

Alim Zeynalov bunun ardınca Elşən Məmmədova məxsus "Mitsubishi Pajero" markalı və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Anar Aslanovun idarə etdiyi "TX 4 London" markalı avtomobilləri vurub.

Qəza zamanı A.Zeynalov bədən xəsarətləri alıb. Digər avtomobillərə də ciddi ziyan dəyib.

0
16