Salyanda dələduz “polislər” tutuldu

Salyanda dələduz “polislər” tutuldu

Əməliyyat aparılıb.

Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat alıb. 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

0
43