Yasamalda qadın Avstraliya vətəndaşını “soydu”

Yasamalda qadın Avstraliya vətəndaşını “soydu”

Adam Stenford polisə müraciət edib.

Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanılıb.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamalda aprelin 29-da hotellərdən birində Avstraliya vətəndaşı Adam Stenford Kimə məxsus 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Bununla əlaqədar Yasamal RPİ 28-ci PB əməkdaşları əməliyyat keçiriblər. Nəticədə 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Sona Əliyeva saxlanılıb.

Faktla əlaqədar araşdırma aparılır.

0
14