ABŞ Avropadakı qoşunlarını gücləndirir

ABŞ Avropadakı qoşunlarını gücləndirir

Söhbət əlavə hərbi briqadanın mümkün yerləşdirilməsindən gedir.

Amerikanın Avropada hərbi iştirakını yaxın günlərdə artırmaq planlaşdırılır.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrinə ABŞ silahlı qüvvələrinin Birləşmiş Qəragah rəisləri Komitəsinin (QRK) sədri general Czef Danford bildirib.

Onun sözlərinə görə, söhbət əlavə hərbi birqadanın, eləcə də “kosmik sistemlərin, kibersilah, bombardmançıların, raket əleyhinə müdafiənin” mümkün yerləşdirilməsindən, eləcə də müttəfiqlərin təhlükəsizliyini gücləndirən və “Moskvanın qarşısını almağa” imkan yaradan tədbirlərdən gedir.

Bu ilin fevralında Reuters agentliyi, Pentaqonun  Rusiya, Çin və İŞİD yaraqlılardan irəli gələn təhdidi nəzərə alaraq 2017-ci ildə hərbi xərclərə 600 milyard dolların ayrılmasını istəməsinə dair məlumat yaymışdı.

Ağ Ev hərbi nazirliyin 523,9 milyard dollar həcmində baza büdcəsi yaratmağı planlaşdırır, bu vəsait ölkənin müdafiə qabiliyyətinin dəstəyinə sərf ediləcək. Bu göstərici 2016-cı ilin analoji göstəricisindən 2,5 milyard dollar çoxdur.

Agentlik qeyd edib ki, “Rusiyanın Avropada təzyiqinə” qarşıdurmağa istiqamətlənən maliyyələşdirmənin həcmi dörd dəfə artacaq, ABŞ-ın Avropada hərbi iştirakına sərf edilən vəsaitin 800 milyondan 3,4 milyard dollara qədər artacaq. Xaricdə hərbi və xüsusi əməliyyatların keçirilməsinə sərf edilən vəsaitin həcmi 58,8 milyard dollardan ibarət olacaq.

Daha öncə həmin ayda ABŞ müdafiə naziri Eşton Karter amerikalı hərbçilərin qarşılaşacağı əsas təhdidləri sadalayıb.

O bəyan edib ki, ABŞ hərbi qüvvələrinə dörd ölkə təhdid yaradır, bu Rusiya, Çin, KXDR və İrandır, eləcə də İŞİD terror qruplaşmasıdır.

0
14