Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Canelidze dərin narahatlığını ifadə edib.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, gürcü nazir Dağlıq Qarabağda, təmas xəttində gərginliyin artmasından və dinc əhali daxil olmaqla, insanların ölməsindən dərin narahatlığını ifadə edib. 

O bildirib ki, hərbi əməliyyatların dayandırılması və sülhün təmin olunması xüsusi əhəmiyyət kəsb edir.  Nazir ümid etdiyini bildirib ki, bütün regionda sülh və stabilliyi təmin edəcək vəziyyətin deesakalasiyası beynəlxalq ictimaiyyətin səyləri nəticəsində mümkündür.

M. Canelidze ermənistanlı həmkarı ilə də telefon danışığı aparmağı planlaşdırır.

0
19