Bakıda 21 yaşlı qızı 10 gün bağlı saxlayıb zorladılar

Bakıda 21 yaşlı qızı 10 gün bağlı saxlayıb zorladılar

Onun telefonunu əlindən alınıb.

Bakıda dəhşətli zorlama hadisəsi baş verib.

Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 21 yaşlı gənc qız başına gələnlərlə bağlı 102 xidmətinə məlumat verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Dilarə Ağayeva (şərti) bildirib ki, tanışı olan Eşqin adlı şəxs onu aldadaraq kirayə yaşadığı evə aparıb. 

Orada onun telefonunu əlindən alıb, özünü isə 10 gün həmin evdə bağlı saxlayıb. Eşqin adlı şəxs bu müddət ərzində qızı saxladığı Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən evdə gün ərzində bir neçə dəfə qeyri-təbii yolla zorlayıb.

Müraciətlə bağlı araşdırma aparılır.

0
20