Rusiya Ermənistana silah tədarükünə başladı

Rusiya Ermənistana silah tədarükünə başladı

“Sərəncamımızda çox keyfiyyətli silahlar var”.

Rusiya tərəfindən Ermənistana kredit razılaşması üzrə silah tədarükü prosesi artıq başlayıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib. 

Ermənistan hökuməti aprelin 15-də Rusiya hökuməti ilə Yerevana 200 milyon dollar dövlət ixrac krediti əsasında hərbi təyinatlı məhsulların tədrükünə dair qərar layihəsini təsdiqləyib.  

Ölkələr arasında kreditin verilməsinə dair müqavilə 2015-ci ildə bağlanıb. Aprelin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, silah tədarükünə dair “sazişlərin imzalanması üzrə iş aparılır”.

“Ermənistana 200 milyon dollar həcmində kredit razılaşması üzrə silah tədarükü prosesi çoxdan gedir, amma deyə bilmərəm ki, konkret tədarük gedir”, - Ovannisyan jurnalistlərə bildirib.

Silahın tədarük müddətinə və Rusiya krediti çərçivəsində erməni ordusunun tam silahlanmasına gəldikdə isə o qeyd edib ki, dövlət maraqlarından kənara çıxaraq məlumat verə bilməz.

Mətbuat katibinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil.

“Kredit barədə söhbət getməyəndə də biz planlı rejimdə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq. Biz dəfələrlə demişik ki, sərəncamımızda çox keyfiyyətli silahlar var, onların olması çox vacibdir, başqaları bu silahları yalnız arzulaya bilər”, - Ovannisyan deyib.

A.Ovannisyanın sözlərinə görə, Rusiya ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.

Daha öncə Ermənistanın Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan TOS-1A sistemlərini, idarəedilən 9M113M raketlərini, RPQ-26 qumbaraatanlarını, Draqunov snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndiz vəasitələrini və rabitə vasitələrini almaq istəyir.

0
16