Gəncədə “CinemaPlus” kinoteatrın möhtəşəm açılışı baş tutdu – FOTO + VİDEO

Gəncədə “CinemaPlus” kinoteatrın möhtəşəm açılışı baş tutdu – FOTO + VİDEO

Azərbaycanın regionunda ilk dəfə.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə “CinemaPlus” kinoteatrının möhtəşəm açılışı baş tutub. Məhz bu gün üçün kinoteatr xüsusi dekorasiya ilə bəzədilib.

Oxu.Az xəbər verir ki, “CinemaPlus” açılış tədbirinə Bakıdan KİV nümayəndələri, bloqerlər, tanınmış simalar və biznes tərəfdaşları üçün, üzərində kinoteatr reklam ilə bəzədilmiş avtobuslarda tur təşkil edilib.  

Tədbirdə iştirak edənlər Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev açılış nitqi ilə hamını salamlayıb və təbrik ediblər. Onlardan başqa “CinemaPlus” kinoteatrının repertuar üzrə direktoru Faiq Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə də cıxış ediblər.

Xatırladaq ki, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılması sevindirici haldır.

Rəsmi hissədən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Bakı Media Mərkəzi”nin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi “Əbədi ezamiyyət” filmləri izlənilib.

Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib.

0
11