Türkiyədə Jandarma binasında partlayış - 1 şəhid, 12 yaralı

Türkiyədə Jandarma binasında partlayış - 1 şəhid, 12 yaralı

Türkiyənin Şanlıurfa Jandarmasının idarəsinə PKK-lı terrorçular bomba ilə yüklənmiş avtomobilə hücum edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, partlayış nəticəsində 1 əsgər şəhid olub, 2-si çox ağır olmaqla, 10 əsgər yaralanıb.

Üçyol Jandarma Polisi kimi tanınan bu məkana Bakı vaxtı ilə bu gecə saat 02.00 sıralarında hücum təşkil edilib. Partlamanın gücü o qədər böyük olub ki, hətta yaxınlıqda yerləşən yaşayış evləri də zərər görüb.

Faktla bağlı araşdırmalar aparılır.

0
12