Tupak Şakurun anası öldü

Tupak Şakurun anası öldü

Həkimlər heç nə edə bilməyiblər.

Tupak Şakurun anası Afeni Şakur Devis mayın 2-də 69 yaşında Kaliforniya ştatında yerləşən Susalitodakı evində dünyasını dəyişib.

Oxu.Az “New York Daily News”a istinadən xəbər verir ki, ölümə səbəb ürəyinin dayanması olub.

Evə çağrılan polislər qadını hospitala çatdırsalar da, həkimlər saat 22.30-da ölüm faktını qeydə qalmaqdan başqa heç nə edə bilməyiblər.

Afeni Tupakı 1971-ci ildə dünyaya gətirib. O, “Black Panther Party” cəmiyyətinin fəalı olub, bu cəmiyyət onun oğlunun siyasi baxışlarına təsir edib, bu baxışlar isə öz növbəsində onun musiqisində öz əksini tapıb.

Repçi anası ilə bütün ömrü boyu çox yaxın olub və hətta 1995-ci ildə ona “Dear Mama” mahnısını da həsr edib.

Bir il sonra Tupak Şakur Las-Veqasda atışma zamanı ölüb. Onun ölümündən sonra Afeni Devis musiqiçinin musiqi irsinin idarəçisi oldu, həm də Şakurun bioloji atası ilə məhkəmədə oğlunun əmlak və aktivlərinə olan hüququnu müdafiə etməli oldu.

0
16