Ərdoğan: Qarabağ mütləq öz əsl sahibinə qayıdacaq

Ərdoğan: Qarabağ mütləq öz əsl sahibinə qayıdacaq

“Türkiyə ilk əvvəldən Azərbaycanın yanında olub”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyəcək, Oxu.Az xəbər verir.

“Türkiyə ilk əvvəldən Azərbaycanın yanında olub və buna davam edəcək. Bir gün Qarabağ mütləq öz əsl sahibinə qayıdacaq, yenidən Azərbaycanın olacaq”, - deyə, Ərdoğan Ankarada Qızıl Ay Cəmiyyətinin qurultayında bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Baş naziri və XİN rəhbəri Azərbaycana dəstək ifadə etmişdilər.

0
11