Dörd ayda 40 jurnalist öldürülüb

Dörd ayda 40 jurnalist öldürülüb

İlin əvvəlindən bəri dünyanın 18 ölkəsində  azı 40 jurnalist öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Press Emblem Campaign” (PEC) müstəqil təşkilatın hesabatında bildirilir.

Təşkilat həmçinin jurnalist fəaliyyəti üçün təhlükəli ölkələrin indeksini tərtib edib. Belə ki, qeyd olunan müddət ərzində ən çox jurnalist Əfqanıstanda həlak olub – 8 nəfər. Meksika və Yəməndə - hər birində 5, İraq və Türkiyədə isə - hər birində 3 jurnalist qətlə yetirilib. Suriya və Pakistanda hər birində 2, Rusiyada 1 media işçisi həlak olub.

0
9