Klinton bu dəfə qələbəni əldən verdi

Klinton bu dəfə qələbəni əldən verdi

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün  ilkin seçki (praymeriz) prosesi davam edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İndiana ştatında keçirilən praymerizdə demokratlar daxilində Berni Sanders 53,2 faiz səslə rəqibi Hillari Klintonu (46,8 faiz) gözlənilmədən qabaqlayıb.

Berni Sandersin qələbəsinə baxmayaraq, Klinton demokratlar daxilində seçkiqabağı kampaniyanın favoriti olaraq qalmaqdadır.

Qeyd edək ki, Respublikaçılar Partiyasından olan namizəd  Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb.

İndiana ştatında keçirilən praymeriz Trampın qələbəsi ilə yekunlaşıb.

0
14