ABŞ jurnalistlərin təliminə daha 2,5 mln dollar ayırdı

ABŞ jurnalistlərin təliminə daha 2,5 mln dollar ayırdı

ABŞ  dünyada jurnalistlərin hazırlanmasına əlavə olaraq daha 2,5 mln dollar ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

“Biz bütün dünyada 750-dən çox jurnalistə təlim keçdik və daha çox jurnalistə təlim keçmək üçün cari ildə maliyyələşdirilməni daha 2,5 mln dollar artırmağı qərara aldıq”, - deyə Kerri Vaşinqtonda açıqlamasında bildirib.    

Onun sözlərinə  görə, ABŞ 30-dan çox ölkədə müstəqil KİV-lərə dəstək verir.

Kerri bəyanatını Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə verib.

0
9