Trampın rəqibi mübarizəni dayandırdı

Trampın rəqibi  mübarizəni dayandırdı

 Respublikaçılar Partiyasından olan namizəd, Texas ştatından seçilən senator Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə “Fox News” nəşri məlumat yayıb.

Bundan sonra ABŞ prezidenti postu uğrunda mübarizəni Respublikaçılar Partiyasından iki namizəd – Donald Tramp və Ohayo ştatının qubernatoru Con Keysik davam etdirəcək.

Qeyd edək ki, İndiana ştatında keçirilən praymerizin Trampın qələbəsi ilə yekunlaşıb.

0
16