Altı aylıq körpə uçqun altından 4 gün sonra sağ çıxdı

Altı aylıq körpə uçqun altından 4 gün sonra sağ çıxdı

Keniyada xilasedicilər 4 gün əvvəl uçan binanın qalıqları altından 6 aylıq uşağı sağ taparaq xilas ediblər. APA-nın  “Associated Press”ə istinadən verdiyi xəbərə görə,  yorğana bürünmüş qız uşağı vedrənin içində olub. Həkimlər uşaqda həddindən artıq susuzlaşma qeydə alıblar, lakin onun bədənində heç bir xəsarət aşkar olunmayıb.

Qeyd edək ki, Keniyada aprelin 29-da intensiv yağışlar nəticəsində altı mərtəbəli bina uçub.  Son məlumata görə, insident nəticəsində azı 23 nəfər ölüb, 120-dən çox sakini uçqun altından xilas etmək mümkün olub, 93 nəfər hələ də itkin düşmüş hesab edilir.

Hadisə ilə əlaqədar binanın 2 sahibi və 21 məmur saxlanılıb.

0
13