Minlərlə azərbaycanlı döyüşə can atır

Minlərlə azərbaycanlı döyüşə can atır

Xaricdə yaşayan həmvətənlərimiz Müdafiə Nazirliyinə müraciət edirlər.

Azərbaycandan kənarda yaşayan soydaşlarımızdan son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar döyüşlərə qatılmaq üçün Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər daxil olur.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, son 3 gündə nazirliyə xaricdə yaşayan azərbaycanlılardan çoxsaylı müraciətlər edilir. 

Soydaşlarımız nazirliyə ünvanladıqları müraciətlərində son günlər cəbhədə baş verən hadisələr zamanı ordumuzun qazandığı uğurlardan sevindiklərini, qürur duyduqlarını və ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan əməliyyatlarda yaxından iştirak etmək arzularını ifadə edirlər.

0
27