"Vizaların ləğvi üçün Türkiyə bütün şərtləri icra etməlidir”

"Vizaların ləğvi üçün Türkiyə bütün şərtləri icra etməlidir”

Avropa İttifaqı ilə viza rejiminin ləğv olunması üçün Türkiyə bütün şərtlərə əməl etməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Çexiyanın baş naziri Boquslav Sobotka “Twitter” səhifəsində dərc edib.

Qeyd edək ki, Avropa Komissiyası Türkiyə üçün viza rejiminin ləğv olunmasını mayın 4-də təsdiqləməlidir. Aİ ilə vizaların ləğv olunması üçün Türkiyə Aİ-nin 72 bənddən ibarət tələblərini icra etməlidir.  Avropa Komissiyası hesab edir ki, Türkiyə şərtlərin yalnız yarısına əməl edib.

0
9