Kerri: Hələbdəki xəstəxanı müxalifət bombaladı

Kerri: Hələbdəki xəstəxanı müxalifət  bombaladı

Hələbdəki xəstəxana mayın 3-də müxalifət qüvvələrinin nəzarətində olan ərazidən bombalanıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.  

“Göründüyü kimi, raketlər müxalifətin nəzarətində olan ərazidən buraxılıb. Biz hazırda zərbələrin hansı müxalifət qüvvəsi tərəfindən endirildiyini araşdırırıq”, - deyə Con Kerri bildirib.   

O qeyd edib ki, hücumun kim tərəfindən törədilməsindən asılı olmayaraq, bu cür insidentlərə haqq qazandırmaq olmaz.

Qeyd edək ki, “RİA Novosti”nin məlumatına əsasən, “Cəbhət ən Nüsrə” qruplaşması mayın 3-də  reaktiv sistemlərdən Hələbdəki doğum evinə zərbələr endirib.  Nəticədə 6 nəfər ölüb, 39 dinc sakin yaralanıb.

0
11